×
A
A
A
Sazlamalar

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Bakı, 11 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri üçün 146-4 texniki dəstək xətti istifadəyə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni dəstək xətti məktəblərin inzibati heyətinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədi daşıyır. Xətt vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri internet bağlantısı, elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər, eləcə də digər texniki məsələlərlə bağlı müraciət edə biləcəklər.
Yeni xidmət ümumi təhsil müəssisələrində rəqəmsal xidmətlərdən istifadənin səmərəliliyinin artırılmasına və texniki çətinliklərin operativ aradan qaldırılmasına xidmət edir.

Elm və təhsil 2026-11-11 16:42:00