


Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində müasir bilik və bacarıqların əldə olunması üçün yeni imkanlar yaradır.
AQTİ-dən AZƏRTAC-a verilən məlumata görə, rəqəmsal platforma sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr və mütəxəssislər üçün müxtəlif istiqamətlər üzrə təlimlərə məsafədən qoşulmaq imkanı təqdim edir. Xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatan olan platforma qanunvericiliyin tələb etdiyi gigiyenik təlimlərdə iştirakı da asanlaşdırır. Təlimləri uğurla başa vuran iştirakçılar elektron rəsmi sertifikat əldə edirlər.
Ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.