


“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait
Bakı, 11 noyabr, AZƏRTAC
Müəllimlər üçün “Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” adlı metodik vəsait hazırlanıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyasının (IEA) Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının (TIMSS) nəticələri şagirdlər arasında ağırlıq qüvvəsi ilə bağlı müxtəlif yanlış təsəvvürlərin mövcudluğunu üzə çıxarıb.
Metodik vəsaitdə TIMSS tapşırıqlarının nəticələri əsasında şagirdlərin bu mövzuda yol verdikləri yanlışlıqlar nümunələrlə izah olunur. Vəsait müəllimlərə həmin yanlış təsəvvürləri müəyyənləşdirmək və fizikanın əsas prinsiplərinin daha dərindən mənimsənilməsinə kömək edən təlim fəaliyyətləri hazırlamaq baxımından dəstək məqsədi daşıyır.