


Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 41 yaşlı şəxs noyabrın 10-da Qloster şəhərində 2023-cü il Milli Təhlükəsizlik Qanununun müvafiq maddələrini pozmaqda şübhəli bilinərək saxlanılıb.
Əməliyyat Britaniya polisinin terrorizmlə mübarizə bölməsi tərəfindən MI5, Müdafiə Nazirliyi, ABŞ-nin müvafiq qurumları və Federal Təhqiqat Bürosu (FTB) ilə birgə həyata keçirilib.
FTB direktoru Keş Patel saxlanmanın casusluq şübhələri ilə bağlı olduğunu bildirib və hadisənin ABŞ və müttəfiqləri üçün ciddi narahatlıq doğurduğunu qeyd edib.
Adı açıqlanmayan şübhəli hazırda London polis bölməsində saxlanılır.