×
A
A
A
Sazlamalar

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

Antalya, 10 noyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyaya səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə ilə Türkmənistan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə edilib.
Prezident Ərdoğan Türkmənistan ilə münasibətlərin səviyyəsini daha da yüksəltmək üçün addımlar atmağa davam edəcəklərini bildirib, xüsusilə enerji, ticarət, müdafiə sənayesi və investisiya sahələrində yeni səylərin əhəmiyyətini vurğulayıb.
Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə gücləndiyini, Türkmənistanın TDT “Ailə məclisinə” üzv olaraq qoşulacağına ümid etdiklərini bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

Dünya 2026-11-10 23:25:00