×
A
A
A
Sazlamalar

Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub

Xankəndi, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Xankəndi şəhərində Zəfər Günü münasibətilə təşkil olunan “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 9-dan etibarən keçirilən düşərgədə müxtəlif mövzularda görüşlər, müzakirələr, maarifləndirici və praktiki məşğələlər təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar Vətən müharibəsinin tarixi, Azərbaycanın qazandığı Zəfər, milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzularında fikir mübadiləsi aparıblar. Həmçinin düşərgə çərçivəsində tanınmış şəxslər və qazilərlə görüşlər təşkil olunub.
Düşərgənin əsas məqsədi gənclərin Zəfər tariximiz barədə biliklərini artırmaq, onların vətənpərvərlik ruhunu gücləndirmək, işğaldan azad olunmuş ərazilərə bağlılığını möhkəmləndirmək olub.
Bağlanış mərasimində düşərgənin əhəmiyyəti vurğulanıb, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimin sonunda düşərgənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Müxbir-Mikayıl Məmmədov

İdman 2026-11-10 21:58:00