×
A
A
A
Sazlamalar

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib

Bakı, 10 noyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət "Turan" (Tovuz) komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Tovuz klubu III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Maritsa" kollektivi ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, ilk oyunda da "Turan" səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.

 

İdman 2026-11-10 20:25:00