×
A
A
A
Sazlamalar

Mariam Kvrivişvili: Orta Dəhlizlə bağlı regional tərəfdaşlarla sıx əməkdaşlıq edirik

Tbilisi, 10 noyabr, AZƏRTAC

Orta Dəhlizin uğuru iştirakçı ölkələrdə əlaqələndirilmiş infrastruktur investisiyalarından, əməliyyatların sinxronlaşdırılmasından və sərhəd prosedurlarının sadələşdirilməsindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin Antalya şəhərində keçirilən Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsü (GGFCI) üzrə Nazirlər Şurasının iclasında bildirib.
Nazirin sözlərinə görə, Gürcüstan qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regional tərəfdaşlarla sıx əməkdaşlıq edir.
“Yaşıl keçid, həmçinin investisiyalar və iqlim maliyyələşdirilməsi tələb edir. Bu baxımdan, beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları və özəl sektorla əməkdaşlığın daha da gücləndirilməsini alqışlayırıq”, - deyə M.Kvrivişvili qeyd edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-11-10 19:02:00