×
A
A
A
Sazlamalar

Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb

Vaşinqton, 10 noyabr, AZƏRTAC

ABŞ-nin müharibə katibi Pit Heqset ona qarşı irəli sürülən impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandıraraq ittihamları rədd edib.
AZƏRTAC xəbər verir ki, Heqset bu barədə Pentaqonda keçirdiyi mətbuat konfransında bildirib.
O, konqresmen Tomas Massinin ona qarşı başlatdığı impiçment təşəbbüsünü eqoizm və narazılıqdan qaynaqlanan şəxsi manifest kimi qiymətləndirib.
Tomas Massi bir gün əvvəl Heqsetin İranla müharibəni idarə etməsi və digər qərarları ilə əlaqədar vəzifədən kənarlaşdırılması üçün impiçment təşəbbüsü irəli sürüb.
Heqset isə konqresmenin irəli sürdüyü məsələlərin impiçment üçün hüquqi əsas yaratmadığını bildirib.
“Bunlar Konstitusiyanı hazırlayanların impiçment müddəasını qəbul edərkən nəzərdə tutduqları ağır cinayətlər və hüquq pozuntuları deyil, siyasi qərarlarla bağlı fikir ayrılıqlarıdır”, – deyə o vurğulayıb.
Müharibə katibi əlavə edib ki, siyasi fikir ayrılıqlarının həlli yolu impiçment deyil, qanunvericilik fəaliyyəti, ictimai müzakirələr və növbəti prezident seçkiləridir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-11-10 17:51:00