×
A
A
A
Sazlamalar

Bayrağımız suverenliyimizin təntənəsi olaraq ölkəmizin hər bir guşəsində qürurla dalğalanır

Bakı, 9 noyabr, AZƏRTAC

Hər il noyabrın 9-da böyük coşqu və fəxrlə qeyd etdiyimiz Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın həyatında müstəsna əhəmiyyət daşıyan müqəddəs bayramlardandır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan əzəmətli bayrağımız xalqımızın azadlıq və istiqlal mübarizəsinin rəmzidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov deyib.
O, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” sözlərini xatırladıb. Vurğulayıb ki, bu gün Üçrəngli Bayrağımız suverenliyimizin təntənəsi olaraq ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş doğma torpaqlarımızda qürurla dalğalanır.
“Bütün həmvətənlərimizi, eləcə də dünya azərbaycanlılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, müqəddəs bayrağımız hər zaman sülhün, ədalətin və tərəqqinin simvolu olaraq göylərdə ucalısın”, - deyə E.Məmmədov bildirib.

Cəmiyyət 2026-11-09 18:27:00