×
A
A
A
Sazlamalar

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri, İdarə Heyətinin üzvləri və birliyin üzvlərinin iştirakı ilə tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Zəfər Parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyularaq Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra iştirakçılar 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44 – Əsir torpağın göz yaşı zəfərlə silinər!” bədii filmini birlikdə izləyiblər.
Tədbir milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi və Zəfər tariximizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Cəmiyyət 2026-11-09 18:07:00