×
A
A
A
Sazlamalar

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Bakı, 8 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət edib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

 

Cəmiyyət 2026-11-08 19:27:00