×
A
A
A
Sazlamalar

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Bakı, 8 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmə rəhbərləri Zəfər abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Agentlik nümayəndələri Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

Cəmiyyət 2026-11-08 18:18:00