


Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Ədliyyə Nazirliyinin kollektivi Bakıdakı Zəfər parkını ziyarət edib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.