×
A
A
A
Sazlamalar

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

Gəncə, 8 noyabr, AZƏRTAC

Gəncədə 8 Noyabr – Zəfər Günü münasibətilə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanı ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarət mərasimində əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər.
Tədbirdə bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılaraq torpaqlarımız işğaldan azad edilib. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, bu Zəfər milli birliyimizin, qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir.
Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış Əbədi Məşəl Abidəsinin önünə gül dəstələri düzərək, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə şəhərində silsilə tədbirlər keçirilir.

Müxbir - Elcan Məmmədov

Regionlar 2026-11-08 17:52:00