×
A
A
A
Sazlamalar

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

Bakı, 7 noyabr, AZƏRTAC

Binə Atçılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda yorğa qaçışları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrindən gətirilən yorğa atlar 1200 metrdən 3200 metrədək məsafələrdə 14 kateqoriya üzrə mübarizə aparır.
İlk olaraq 1400, 1600 və 1650 metr məsafələr üzrə mübarizənin qalibləri bəlli olub.
1400 metr məsafəyə qaçışda Bakıdan olan Murad Həsənlinin jokeylik etdiyi “Karatay” ləqəbli at finişə birinci çatıb.
1600 metr məsafədə Gəncədən olan Xəlil Allahverdiyev “Kabus” ləqəbli atla, 1650 metr məsafədə isə Xocalıdan olan Vaqif Abdurahmanov “Cəllad” ləqəbli atla qalib gəlib.
Qaliblər kuboklar, medallar və diplomlarla təltif olunublar.

Videooperator - Ceyhun Mustafayev

İdman 2026-11-08 17:44:00