×
A
A
A
Sazlamalar

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərində məskunlaşan sakinlərlə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir Fərid Qayıbov və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

İdman 2026-11-06 21:11:00