


Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində gənclərin və idmançıların Əlincəqalaya yürüşü təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin altıncı ildönümünə həsr olunan yürüş 44 nəfərin iştirakı ilə reallaşıb. Yürüş iştirakçıları Əlincə qalasına qalxdıqdan sonra burada Azərbaycan bayraqlarını açaraq Dövlət Himnimizi ifa edib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yürüşün məqsədi Zəfər tariximizin gənc nəslə çatdırılması, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, eləcə də tarixi irsimizin və dövlətçilik ənənələrimizin təbliğindən olub.
Müxbir- Nail Əsgərov