


Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905 min 579, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62 min 779 təşkil edib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248 min 695 olub.