


Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 6 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev noyabrın 20-də saat 11:00-dan etibarən 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonlarının sakinləri ilə görüşəcək.
Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşə gəlmək istəyən vətəndaşlar noyabrın 6-18-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların görüşə müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.