


Azərbaycanın “ESCWA” ilə praktiki əməkdaşlıq imkanları dəyərləndirilib
Bakı, 6 noyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (ESCWA) icraçı katibi Rania Al-Mashat ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın BMT və onun regional komissiyaları ilə tərəfdaşlığının əhəmiyyəti vurğulanıb, “ESCWA” ilə dialoqun inkişafı və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər DİM-in maliyyələşdirilməsi, yaşıl enerjiyə keçid, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat, nəqliyyat və ticarət əlaqəliliyinin gücləndirilməsi üzrə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.