


“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 9, maddə 1067; 2026, № 1, maddə 86) ilə təsdiq edilmiş “İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat”a aşağdakı dəyişikliklər edilsin:
1.1. IX hissənin on birinci abzasına “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin;
1.2. həmin təlimata 3 nömrəli əlavəyə “onun yerli” sözlərindən sonra “(regional)” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 iyul tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 73; (Cild I) ilə təsdiq edilmiş “Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktik və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin Qaydası”nın 6-cı hissəsinin dördüncü abzasına və Qaydaya Əlavəyə “Maliyyə Nazirliyinin yerli” sözlərindən sonra “(regional)” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649 (Cild I); 2025, № 9, maddə 879) ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası”nın 3-cü hissəsinin üçüncü abzasına və Qaydaya Əlavəyə “Maliyyə Nazirliyinin yerli” sözlərindən sonra “(regional)” sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606, № 9, maddə 1067; 2025, № 2, maddə 193, № 7, maddə 698; 2026, № 3, maddələr 285, 289, № 4, maddə 387, № 5 II kitab, maddə 457; 2026, № 8, maddə 867) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 12-ci hissəsinin ikinci abzasına “Nazirliyinin yerli” sözlərindən sonra “(regional)” sözü əlavə edilsin və həmin hissənin üçüncü abzasında “müvafiq rayon (şəhər) idarələrinə (şöbələrinə)” sözləri “yerli (regional) bölmələrinə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119 (Cild I); 2025, № 5, maddə 503, № 7, maddə 701; 2026, № 3, maddə 284) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”nin 4-cü hissəsində “yerli maliyyə orqanlarının xəzinədarlığında” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi xəzinə hesabında” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 382 (Cild I); 2025, № 10, maddə 993) ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 5.3-cü və 6.2-ci bəndlərinə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 534 (Cild I); 2026, № 2, maddə 173) ilə təsdiq edilmiş “İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3-cü hissəyə “Maliyyə Nazirliyi” sözlərindən sonra “(bundan sonra – Nazirlik)” sözləri əlavə edilsin;
7.2. 4-cü və 5-ci hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının şəhər və rayon maliyyə idarə və şöbələri” sözləri ismin müvafiq hallarında “Nazirliyin yerli (regional) bölmələri” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 132 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 3.1-ci bəndinin dördüncü abzasının üçüncü cümləsində “rayon (şəhər) yerli” sözləri “yerli (regional)” sözləri ilə əvəz edilsin və həmin abzasın dördüncü cümləsinə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; 2025, № 8, maddə 802, № 9, maddə 879, № 10, maddə 972, № 12 (II kitab), maddələr 1214, 1257; 2026, № 3, maddələr 262, 331; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 12 oktyabr tarixli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. aşağıdakı məzmunda 7.4-1-ci bənd əlavə edilsin:
“7.4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi”;
9.2. 7.6-cı bənddə “rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri” sözləri “yerli (regional) bölmələri” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I); 2024, № 3, maddə 359, № 7, maddə 930; 2025, № 2, maddə 203) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 1.1-ci bənddə “xəzinədarlıq orqanlarında” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində” sözləri ilə əvəz edilsin;
10.2. 1.2-ci bəndin ikinci abzasında “Dövlət Xəzinədarlığı” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;
10.3. 3.2-ci bəndin ikinci və dördüncü abzaslarında “yerli xəzinədarlıq orqanlarına” sözləri “hesablara” sözü ilə əvəz edilsin;
10.4. 3.1-ci bənddə, 4.2-ci bəndin üçüncü abzasında, 4.6-cı bəndin birinci və dördüncü (hər iki halda) abzaslarında “xəzinədarlıq orqanlarında” sözləri “DXA-da” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931 (Cild I) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 2-ci hissəsinin üçüncü abzasına “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin;
11.2. 7-ci hissənin ikinci abzasında “Maliyyə İdarəsi (şöbəsi)” sözləri “Maliyyə Nazirliyinin yerli (regional) bölmələri” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879, № 10, maddə 972, № 12 (II kitab), maddələr 1206, 1214, 1242, 1257; 2026, № 3, maddə 262; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 278 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti” sözlərindən sonra “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi” sözləri əlavə edilsin;
12.2. “Rayon, şəhər üzrə maliyyə idarə və şöbələri” sözləri “Yerli (regional) bölmələr” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 854 (Cild I); 2024, № 1, maddə 105) ilə təsdiq edilmiş “Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin 2.8-ci bəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101, № 3, maddə 310, № 4, maddə 449, № 5 (II kitab), maddələr 572, 607, № 7, maddələr 895, 915, № 12 (II kitab), maddə 1428; 2025, № 9, maddə 879, № 10, maddələr 972, 996; 2026, № 3, maddələr 270, 272, № 7 (II kitab), maddələr 735, 765; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 269 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:
14.1. 9-cu hissənin “cəmi” sütununda “84” rəqəmləri “85” rəqəmləri ilə, “aparat üzrə” sütununda “18” rəqəmləri “19” rəqəmləri ilə əvəz edilsin;
14.2. 37-ci hissənin “cəmi” sütununda “13” rəqəmləri “15” rəqəmləri ilə, “aparat üzrə” sütununda “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
14.3. 38-ci hissənin “cəmi” sütununda “3” rəqəmi “4” rəqəmi ilə, “aparat üzrə” sütununda “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
14.4. 39-cu hissə üzrə:
14.4.1. “Orqanın adı” sütununda “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;
14.4.2.“cəmi” sütununda “26” rəqəmləri “28” rəqəmləri ilə əvəz edilsin;
14.4.3. “aparat üzrə” sütununda “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
15.1. 2.4-cü bənddə “rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə)” sözləri “yerli (regional) bölmələrinə” sözləri ilə əvəz edilsin;
15.2. 2.8-ci bənddə “rayon (şəhər) maliyyə idarələrinin (şöbələrinin)” sözləri “yerli (regional) bölmələrinin” sözləri ilə əvəz edilsin;
15.3. 4.1-ci bənddə “xəzinədarlıq orqanlarında” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində” sözləri ilə əvəz edilsin;
15.4. 6.3-cü bəndə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 758 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 oktyabr tarixli 341 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın 2.2-ci bəndinin ikinci cümləsinə, 2.6-cı bəndinin üçüncü cümləsinə, 2.7-ci bəndinin ikinci cümləsinə, 2.8-ci bəndinə, 3.2-ci bəndinin üçüncü cümləsinə və 4.1-ci bəndinə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 dekabr tarixli 505 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1606, (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1617 (Cild I); 2024, № 5 (II kitab), maddə 606, № 9, maddə 1106; 2026, № 5 (II kitab), maddə 460) ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nın 2.9-cu və 2.10-cu (hər üç halda) bəndlərinə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 mart tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 282 (Cild I) ilə təsdiq edilmiş “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”nin 2.2-ci bəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 252 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 1091 (Cild I); 2024, № 3, maddə 294) ilə təsdiq edilmiş “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.2-ci bəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 dekabr tarixli 445 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1780 (Cild I); 2024, № 3, maddə 297) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
21.1. 1.2-ci bənddə “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;
21.2. 7 nömrəli əlavədə “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 496 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1831 (Cild I); 2026, № 6, maddə 586) ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, ödənilməsi, geri qaytarılması, ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nın 3.1.2-ci yarımbəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 373 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 989 (Cild I); 2026, № 6, maddə 586) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nın 2.2-ci bəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 iyun tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 6, maddə 566) ilə təsdiq edilmiş “Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın 72-ci hissəsində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 5 ” “ noyabr ” 2026-cı il
№ 375