×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 988; 2025, № 4 (I kitab), maddə 398, № 12 (II kitab), maddə 1209; 2026, № 4, maddə 385; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci hissə aşağıdakı redaksiyada verilsin:

22.

“NAXÇIVAN POÇT VƏ TELEKOMMUNİKASİYA MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

universal poçt rabitəsi xidmətləri, ümumi istifadədə olan telefon rabitəsi xidmətləri, elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və ya radio əlaqəsi və digər oxşar vasitələr) ilə hər hansı siqnalın, səsin məsafəyə ötürülməsi və qəbul edilməsi üçün istifadə olunan müxtəlif növ vasitə və qurğuların istismarı üzrə fəaliyyət

Naxçıvan Muxtar Respublikası

0201789841

2. 23 - 29-cu və 31-ci hissələr ləğv edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ noyabr ” 2026-cı il
№ 374

Qərarlar 2026-11-05 18:40:00