


Ağalıda payızın rəngləri, uşaqların təbəssümü...
Zəngilan, 5 noyabr, AZƏRTAC
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən Ağalı kənd körpələr evi-uşaq bağçasında rəngarəng “Payız festivalı” təşkil olunub.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festival çərçivəsində balacalar payız fəslinin gözəlliklərini, rəngarəng təbiəti və mövsümün bəhrələrini əks etdirən maraqlı kompozisiyalar, əl işləri və təqdimatlarla çıxış ediblər.
Müxtəlif əyləncəli fəaliyyətlər, musiqili çıxışlar və yaradıcı təqdimatlar uşaqlara xoş anlar yaşadıb.
Müxbir - Aydın Yavərzadə