


Bolnisidə məktəblilər Zəfər Gününü qeyd etməyə hazırlaşır
Tbilisi, 5 noyabr, AZƏRTAC
Bolnisidə Zəfər Günü münasibətilə xüsusi tədbir təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov məlumat verib.
Onun sözlərinə görə, mərkəz tərəfindən məktəblilər arasında Zəfər Gününə həsr olunmuş inşa yazı müsabiqəsi elan edilib. Noyabrın 8-də keçiriləcək “Qarabağın Əbədi Zəfəri” adlı tədbirdə həmin müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
Həmçinin tədbir çərçivəsində gənclərin Azərbaycan Ordusunun şanlı qələbəsinə və Zəfər Gününə həsr etdikləri rəsmlərdən ibarət sərgi açılacaq. Bundan başqa, məktəblilər tərəfindən Zəfər Gününə həsr olunmuş bədii kompozisiya nümayiş etdiriləcək və şeirlər səsləndiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi