×
A
A
A
Sazlamalar

Professor Seyit Aydın: 44 günlük müharibə iştirakçılarının qəhrəmanlığı Türkiyə və Azərbaycan gəncləri üçün nümunədir

Ankara, 5 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində qazanılan Qələbə Türk dünyası üçün ümumi qürur mənbəyidir. Azərbaycan Türkiyə xalqının qəlbində xüsusi yer tutur. Qardaş ölkənin hər bir uğuru və nailiyyəti ilə fəxr edirik.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Qərbi Azərbaycan İcmasının Ankaradakı nümayəndəsi, professor Seyit Aydın deyib.
O, Kastamonu Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsində təhsil alan tələbələrindən birinin – Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Baxış Rəhimovun xatirəsini yad edib.
“Baxış 2019-cu ildə universitetimizi uğurla bitirmiş, bir il sonra – 2020-ci ilin noyabrında isə Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onun fədakarlığı və vətənpərvərliyi Azərbaycan və Türkiyənin hər bir gənc vətəndaşı üçün nümunədir. Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edirəm. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”, – deyə professor vurğulayıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2026-11-05 16:43:00