×
A
A
A
Sazlamalar

Aşqabadda “MAMA NATURE” beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Türkmənistandakı səfirliyinin təşəbbüsü və Türkmənistanın Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun dəstəyi ilə Türkmənistan Dövlət Rəssamlıq Akademiyasında “MAMA NATURE” (“Ana təbiət”) beynəlxalq incəsənət sərgisinə ekskursiya təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Türkmənistanın xarici işlər nazirinin müavini Mehri Başimova və Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, həmçinin müəllimlər, tələbələr və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Ekskursiya zamanı iştirakçılar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, layihənin əsas ideyası və konsepsiyası barədə məlumat əldə ediblər.
Qeyd edək ki, sərgi noyabrın 30-dək ziyarətçilər üçün açıq olacaq.

Cəmiyyət 2026-11-05 15:51:00