×
A
A
A
Sazlamalar

BMT Azərbaycana “ASAN xidmət”ə görə xüsusi sertifikat təqdim edib

Bakı, 5 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Azərbaycan Respublikasına “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələrə görə xüsusi sertifikat təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat Bakıda “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbirdə baş tutub.
Xatırladaq ki, sammitdə BMT-yə rəsmi nəzarət nazirlikləri və yüksək səviyyəli beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişafları, özəl sektorun və akademik dairələrin təmsilçiləri ilə 200-ə yaxın qonaq iştirak edir.

Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Taqiyev

Cəmiyyət 2026-11-05 15:45:00