×
A
A
A
Sazlamalar

Lana Morgoşia: Hökumətlər əməkdaşlıq və məsuliyyətli innovasiya mədəniyyətini təşviq etməlidirlər

Bakı, 5 noyabr, AZƏRTAC

Səmərəli liderlik yalnız yeni həllərin tətbiqindən ibarət deyil. Bu, mövcud problemlərin və maneələrin müəyyənləşdirilməsini, dövlət institutlarının vətəndaşların ehtiyaclarına uyğunlaşdırılmasını və heç kimin diqqətdən kənarda qalmamasının təmin edilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morgoşia "Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik, düşüncə tərzi və ictimai dəyərin yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
Onun sözlərinə görə, transformasiyaların uğuru tətbiq etdiyimiz islahatların və ya istifadə etdiyimiz texnologiyaların sayı ilə ölçülməməlidir: "Əsas məsələ həyata keçirilən dəyişikliklərin insanların həyatını həqiqətən yaxşılaşdırıb-yaxşılaşdırmamasıdır. Bu baxımdan, hesab edirik ki, hökumətlər davamlı öyrənmə, əməkdaşlıq və məsuliyyətli innovasiya mədəniyyətini təşviq etməlidirlər.
Liderlər öz fəaliyyət və idarəetmə təcrübələrinə yenidən nəzər salmalı, vətəndaşları və onların ehtiyaclarını dinləməli, qarşıya çıxan yeni çağırışlara cavab verən həllər hazırlamalıdırlar".

Müxbirlər- Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf-İlkin Cavanşirov
Videooperator-Vüsal Taqiyev

Cəmiyyət 2026-11-05 15:19:00