


Riyaziyyatın anlama əsaslı tədrisinə dair metodik vəsait hazırlanıb
Bakı, 5 noyabr, AZƏRTAC
“TIMSS ilə anlama əsaslı riyaziyyatın tədrisi” adlı metodik vəsait hazırlanaraq istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, metodik vəsait TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin tapşırıqları əsasında hazırlanıb. Vəsait riyaziyyatın anlama əsaslı tədrisinə dair metodik materialları əhatə edir.
Metodik vəsaitlə buradan tanış olmaq mümkündür.