


Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Gəncədə, Heydər Əliyev Park-Kompleksində Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.
AzVİF-dən AZƏRTAC-a verilən məlumata görə, startdan əvvəl Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) Gəncə bölməsinin idmançıları, tələbə və könüllülərin iştirak etdiyi veloyürüş Zəfər Tağının qarşısında start götürüb və orada da yekunlaşıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.