


"Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb
Bakı, 5 noyabr, AZƏRTAC
"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, o, UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-17-də yığmanın düşərgəsində olmalıdır.
Moldova seçməsi noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.
UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.