


Çinin vitse-prezidenti Han Çenq ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
Tbilisi, 5 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasının vitse-prezidenti Han Çenq noyabrın 6-da Gürcüstana ilk dəfə rəsmi səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu, Çin Xalq Respublikası tərəfindən qonşu ölkəyə ən yüksək səviyyədə həyata keçirilən ilk səfərdir.
İki gün davam edəcək rəsmi səfər çərçivəsində Han Çenq Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək.