×
A
A
A
Sazlamalar

Qarabağdakı investisiya imkanları İstanbulda tanıdılacaq

İstanbul, 5 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən sonra dövlətimiz tərəfindən Qarabağda yaradılan investisiya imkanları tanıdılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçiriləcək tədbir noyabrın 12-də İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD), Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və İstanbul Anadolu Yakası Mütəşəkkil Sənaye Zonası (İAYOSB) tərəfindən təşkil olunacaq.
Türkiyənin biznes dairələrini bir araya gətirəcək toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Zamin Əliyev, Türkiyədəki ticarət nümayəndəmiz Tamerlan Tağıyev, İAYOSB-nin rəhbəri Murat Çökmez, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərlərinin mövzu ilə bağlı çıxışları nəzərdə tutulur.
Tədbirdə Azərbaycandakı investisiya imkanları, dövlət təşviqləri və dəstək mexanizmləri, həmçinin Azərbaycan-Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunacaq.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul 

İqtisadiyyat 2026-11-05 14:02:00