×
A
A
A
Sazlamalar

Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Gələn il Dövlət Sosial Müdafiə Fondunun özünü maliyyələşdirmək qabiliyyəti 17 faiz ətrafında olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
"Beynəlxalq göstəricilərə baxdıqda görürük ki, dünyada, o cümlədən yüksək inkişaf etmiş ölkələrin fondlarında bu nisbət otuzun altmışadır. Hətta elə fondlar var ki, dövlətdən 30 faizin üzərində subsidiya alır", - deyə nazir qeyd edib.

Fotoqraf - Aydın Məmmədov

İqtisadiyyat 2026-11-05 13:59:00