×
A
A
A
Sazlamalar

Fransalı basketbolçu NBA-da iki şəxsi rekordunu yeniləyib

Bakı, 5 noyabr, AZƏRTAC
Fransalı basketbolçu Viktor Vembanyama Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində “Dallas Maveriks”ə qarşı keçirilən oyunda yüksəkməhsuldarlıq nümayiş etdirərək karyerasının iki şəxsi rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, “San-Antonio Spörs”ün 112:111 hesabı ilə qalib gəldiyi görüşdə 22 yaşlı mərkəz oyunçusu 52 xal toplayıb, 24 ribaund edib, 8 blok-şot və 2 top oğurluğuna imza atıb.
Bu nəticə ilə Vembanyama həm bir oyunda topladığı xal, həm də etdiyi ribaund sayına görə şəxsi rekordunu təzələyib. O, həmçinin “San-Antonio Spörs” tarixində bir qarşılaşmada 50-dən çox xal toplayan və 20-dən çox ribaund edən ilk basketbolçu olub.
Qeyd edək ki, fransalı oyunçunun əvvəlki ribaund rekordu 23 olub. O, bu göstəriciyə 2025-ci il yanvarın 4-də “Denver Naqqets”lə qarşılaşmada (110:113) nail olub.

İdman 2026-11-05 13:25:00