×
A
A
A
Sazlamalar

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

İstanbul, 5 noyabr, AZƏRTAC

Azərbaycanın ikinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfərin 6-cı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində ağacəkmə kampaniyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu şanlı gün münasibətilə İstanbulun Bağcılar rayonunda yerləşən “Azərbaycan Dostluq Parkı”nda yeni fidanlar əkiləcək.
Kampaniya Azərbaycanın İstanbuldakı baş konsulluğu, bu şəhərin Bağcılar Bələdiyyəsi və bələdiyyə sədri Yasin Yıldızın təşəbbüsü ilə noyabrın 6-da baş tutacaq.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Cəmiyyət 2026-11-05 13:13:00