


Mərkəzi Bank “Binance” şirkəti ilə real aktivlərin tokenləşdirilməsi imkanlarını müzakirə edib
Bakı, 5 noyabr, AZƏRTAC
Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı, xüsusi tənzimləmə rejimində kriptoaktivlərlə əlaqəli innovativ məhsulların sınaqdan keçirilməsi, real aktivlərin tokenləşdirilməsi imkanları və bu sahələrdə digər ölkələrin təcrübələri müzakirə olunub.
Görüşdə, həmçinin qeyd olunan təşəbbüslərdə “Binance” şirkəti ilə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.