


Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-nin sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 11 min barel artaraq sutkada orta hesabla 14 milyon 3000 barel olub.
Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 1000 barel azalaraq sutkalıq 6 milyon 374 min barel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1 milyon 179 min barel azalaraq gündəlik 3 milyon 675 min barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatı gündəlik orta hesabla 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacaq.