×
A
A
A
Sazlamalar

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanı və “ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı innovasiya və dövlət xidmətlərinin idarə olunması ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin müavini və Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) İcraçı katibi Rania A. Al-Mashat deyib.
"Azərbaycanın bu sahədəki təcrübəsi son dərəcə müsbətdir və möhkəm təməllərə əsaslanır. Bu gün dünyada dövlət xidmətlərinin əhaliyə çatdırılmasına ictimai etimadın azaldığı bir şəraitdə bu sahədə keyfiyyətin artırılması və dövlət institutlarına inamın gücləndirilməsi olduqca mühüm mesajdır. Dövlət xidmətlərinin göstərilməsi vacibdir, dövlət idarəçiliyi sahəsində səmərəli idarəetmə isə eyni dərəcədə əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Taqiyev

Cəmiyyət 2026-11-05 12:40:00