×
A
A
A
Sazlamalar

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Pakistan və Azərbaycan həm liderlərimiz, həm də xalqlarımız arasında mövcud olan münasibətlər baxımından ən yaxın diplomatik əlaqələrə malik ölkələr sırasındadır. Pakistan bütün beynəlxalq məsələlərdə, xüsusilə Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə hər zaman onun yanında olub və bundan sonra da olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca deyib.
“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan, onun rəhbərliyi, xalqı və hökuməti də hər zaman bu münasibətə eyni şəkildə qarşılıq verib. Bu gün dövlət sektorunda rəqəmsal transformasiyanı müzakirə edərkən "ASAN xidmət" sahəsində əməkdaşlığımızı qeyd etməkdən xüsusi məmnunluq duyuruq", - deyə nazir vurğulayıb.

Müxbirlər- Günel Türksoy, Tərgül Babayeva
Fotoqraf-İlkin Cavanşirov
Videooperator-Vüsal Taqiyev

Xarici siyasət 2026-11-05 12:14:00