×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb

Bakı, 5 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında U-20 dünya çempionatı keçirilir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edirlər. Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.
Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.
Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

İdman 2026-11-05 12:13:00