


Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.
Küləyin sürətinin 18-23 metr/saniyə, arabir 25-28 metr/saniyə, açıq dənizdə isə 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.