×
A
A
A
Sazlamalar

Nazirlik: 500-dən çox müharibə əlili yüksəktexnologiyalı protezlərlə təmin edilib

Bakı, 5 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı aparılan sosial dəstək işlərinin bir istiqaməti də onların yüksəktexnologiyalı, son nəsil protezlərlə təmin olunmasıdır. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 ədəd yüksəktexnologiyalı, son nəsil protezlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, onların müasir idman protezləri ilə təminatı da həyata keçirilir. Yüksəktexnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu reabilitasiya vasitələri istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilmək imkanı yaradır.

Cəmiyyət 2026-11-05 11:34:00