


Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarında əlavə qatar reysləri həyata keçiriləcək
Bakı, 5 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftə sonlarında əlavə qatar reysləri həyata keçirəcək.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.