×
A
A
A
Sazlamalar

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır. FAO digər dövlətlərin təcrübəsini, yeni texnologiyaların tətbiqi ilə balıqçılıq təsərrüfatlarının inkişafı haqqında geniş məlumatlar təqdim edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi deyib.
O bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı icmaların inkişafına da böyük təkan verəcək.
“Su hövzələrinin kənarında yaşayan icma üzvləri biznes qurmaq imkanı qazanacaqlar. Balıqçılıq məhsullarının ixracı artacaq ki, bunlar da dövlətlə yanaşı biznes subyektlərinin daha da inkişafına imkan yaradacaq. Bu proqram çox əhəmiyyətlidir və nümunə ola bilər. Bu dövlət proqramı su ehtiyatlarının idarə olunmasında da mühüm rol oynayacaq”, - deyə Nabil Gangi vurğulayıb.

İqtisadiyyat 2026-11-05 11:25:00