×
A
A
A
Sazlamalar

Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” əsasında ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması dayanır. Bu gün dünyada davam edən geosiyasi gərginliklər dövründə hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir və onun təmin olunması olduqca zərurudir.
“Bu proqram balıq istehsalını artırmaqla yanaşı, bioresrusların və ekoloji tarazlığın qorunmasında da fəal rol oynayacaq”, - deyə deputat əlavə edib.

İqtisadiyyat 2026-11-05 11:05:00