×
A
A
A
Sazlamalar

Cüdo üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçiriləcək

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə 71 klub və idman cəmiyyətini təmsil edən 587 cüdoçu mübarizə aparacaq.
İştirakçıların 483-ü oğlan, 104-ü isə qız idmançıdır. Yarışlar 16 çəki dərəcəsi üzrə keçiriləcək.
Birinciliyin əsas məqsədi kvota prinsipi əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

 

İdman 2026-11-05 10:57:00