×
A
A
A
Sazlamalar

Yaponiyanın ənənəvi şodo xəttatlığı UNESCO-nun mədəni irs siyahısına tövsiyə olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Yaponiyanın əsrlərdən bəri qorunub saxlanılan ənənəvi şodo xəttatlığı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmək üçün tövsiyə olunub.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, UNESCO-nun məsləhət orqanı şodonun siyahıya salınmasını dəstəkləyib. Bununla bağlı yekun qərarın noyabrın 30-dan dekabrın 5-dək Çinin Syamen şəhərində keçiriləcək Hökumətlərarası Komitənin iclasında qəbul edilməsi gözlənilir.
Şodo yapon yazı sisteminin kanci və kana simvollarından istifadə edilməklə xüsusi fırçalarla yaradılan ənənəvi xəttatlıq sənətidir. Bu sənət məktəblər, klublar və digər təhsil müəssisələri vasitəsilə nəsildən-nəslə ötürülür.
Şodonun siyahıya daxil edilməsi Yaponiyanın UNESCO siyahısındakı qeyri-maddi mədəni irs nümunələrinin sayını 24-ə çatdıra bilər. Hazırda Çin xəttatlığı da bu siyahıda yer alır.

 

Dünya 2026-11-05 10:35:00