


Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb
Lənkəran, 4 noyabr, AZƏRTAC
Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Müxbir - İlkin Adıyev